Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə "MedEra" klinikasının mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayevin vəhşicəsinə döyülməsi ilə nəticələnən videogörüntülərin sosial şəbəkələrdə yayılması ictimai diqqəti bu istiqamətə yönəldib.
Den.az yenisabah.az-a istinadən tanınmış televiziya jurnalisti, "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı da məsələyə münasibət bildirib. O, Facebook sosial şəbəkəsində paylaşımların birinin altına bu məzmunda şərh yazıb:
"Baltanı kim atıb və niyə? Araşdırmaq lazımdır".
Bundan sonra Xoşqədəm Hidayətqızı ilə Ağadadaş Ağayevin pərəstişkarları arasında müzakirə başlayıb. Aparıcı fikirlərinə belə davam edib:
"Nə olur olsun, o, balta atılmamalı idi! Və əgər tanınan insandırsa, heç atmamalı idi".
Tərəflər arasında müzakirə bununla da yekunlaşmayıb. Xoşqədəm Hidayətqızı sonadək öz fikrində qalıb:
"Xalq artisti belə bir addım atmamalıdır".
Xoşqədəmdən Xalq artisti barədə GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Nə olur olsun..."

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.