Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.
Den.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Xalq artisti bu dəfə "DəmirBank"a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.
Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.
Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.
Bu vəsaitin 50 min manata yaxın olduğu bildirilir.
Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məşhur balta olayı ilə gündəmə gəlib.
Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.
Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə isə....

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.