9–13 fevral tarixlərində istismar müddəti başa çatmış, istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına tam riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək.
DenMedia.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi (MN) açıqlama yayıb. Bildirilib ki, sursatlar Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, eləcə də Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində məhv ediləcək.
Nazirlik əhaliyə müraciət edərək partlayış səsləri ilə bağlı təşvişə düşməməyə çağırıb və narahatlıq üçün heç bir əsasın olmadığını vurğulayıb.


