2025-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə cəlb olunan şəxslərin böyük hissəsini 30 yaş və daha yuxarı yaş qrupuna aid şəxslər təşkil edib.
Bu barədə məlumatı Denmedia.az Dövlət Statistika Komitəsinə istinadən yayıb.
Hesabat dövründə narkotiklərlə bağlı cinayət törətmiş 5 657 nəfər müəyyən edilib.
Rəsmi məlumata görə:
-
Onların 35,8%-i əvvəllər də cinayət törətmiş şəxslərdir. Bu göstərici ötən illə müqayisədə 23,1% azdır.
-
Müəyyən edilmiş şəxslərin 98,4%-i cinayət məsuliyyətinə cəlb olunub, 1,6%-i isə qanunvericiliyə uyğun olaraq məsuliyyətdən azad edilib.
-
Hüquqpozanların 60,9%-i əmək qabiliyyətli, lakin işləməyən və təhsil almayan şəxslərdir.
-
Qadınların payı 3% təşkil edib.
Yaş bölgüsünə görə:
-
0,3% – 14–17 yaş arası azyaşlılar
-
6,5% – 18–24 yaş
-
14,6% – 25–29 yaş
-
78,6% – 30 yaş və yuxarı

