Bu ilin 10 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 185 milyon 166 min manat kimi qiymətləndirilir.
DenMedia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2,6 milyon ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

