11 
okt
2023
19:34
197

İsraildə milli birlik hökuməti yaradıldı

11 okt, 2023
19:34
197

İsraildə milli birlik hökuməti yaradıldı - FOTO

İsraildə milli birlik hökuməti yaradılıb.

“Den.az” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Həmin hökumətin üç üzvü olacaq: keçmiş müdafiə naziri Benni Qants, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant.


Razılaşma Qəzzanın elektrik enerjisini itirməsi və sakinlərin tezliklə xarici dünya ilə əlaqəni kəsəcəkləri ilə bağlı təşvişə düşməsi ilə bağlı olub.


Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar