Ürək çatışmazlığı səbəbindən 66 yaşında vəfat edən jurnalist Reha Muhtarın ölümü Türkiyənin sənət və media dünyasında kədər yaradıb.
Keçmişdə Muhtar haqqında sərt açıqlamalar verən müğənni Doğuş isə ölüm xəbərindən sonra diqqətçəkən paylaşım edib.
Doğuş paylaşımında daha əvvəl dediyi sözləri xatırladıb:
“Mən o biri dünyada hesablaşacağam demişdim. Lakin bu xəstəliyi məni də çox üzmüşdü. Mən haqqımı halal etdim”.


