Türk kinosunun tanınmış aktrisası Türkan Şoray İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi “Xatirələr bağında görüş” sərgisində sənətsevərlərlə bir araya gəlib.
“2. Sayfa”nın məlumatına görə, tədbirdə aktrisadan mərhum dostu Kadir İnanır haqqında soruşulub. “Sərgidə Kadir İnanırı xatırladan əsər varmı?” sualı qarşısında kövrələn Şoray belə cavab verib:

“Dostumuzu heç vaxt unutmadıq və unutmayacağıq. İndi xoşbəxt anımızda niyə xatırlatdın?”

Türkan Şoray və Kadir İnanır “Selvi Boylum Al Yazmalım” başda olmaqla bir çox filmdə birlikdə rol alaraq Yeşilçamın unudulmaz cütlüklərindən birinə çevriliblər.

Şoray daha əvvəl filmdən qalan qırmızı yaylığı saxladığını bildirərək, “Əlimdə ondan yalnız bu qalıb” demişdi.

