avq
2023
17:31
289

Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı - Açıqlama

6 avq, 2023
17:31
289

Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, Salyanda cəzaçəkmə müəssisəsində əsgər intihara cəhd edib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən “Den.az”a bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Şamxalov Ülvi İlyas oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə quruma məlumat daxil olub.


Daxil olmuş məlumat əsasında Lənkəran hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Hazırda Lənkəran hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar