ABŞ və İran arasında imzalanmış memorandum təhlükə altına düşə bilər. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, buna səbəb İsrailin addımlarıdır. Bəqayi qeyd edib ki, Vaşinqton İsrailə təsir göstərməli və vəziyyətin daha da gərginləşməsinin qarşısını almalıdır. Bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Əgər ABŞ-ın bəzi öhdəlikləri yerinə yetirilməsə, memorandum təhlükə altına düşəcək. ABŞ mümkün qədər tez lazımi addımları atmalıdır, əks halda ümumi razılaşma risk altına girəcək”, - deyə iranlı diplomat bildirib.

