Meksikada itkin düşdüyü bildirilən peterburqlu pianoçu Mariya Romanovanın övladlığa götürdüyü qızı Kristina yenidən yerli qəyyumluq orqanlarına təhvil verilib. Bu barədə “Mash na Moyke” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Romanovanın özünə qarşı məişət zorakılığı ittihamı irəli sürülə bilər.
Söhbət 2023-cü ildə başlayan işin davamından gedir. Həmin vaxt da qız ehtimal olunan zorakılıq iddiaları əsasında övladlığa götürən ailədən alınmışdı.
Mariya Romanova bildirib ki, Meksika hakimiyyəti ona qızı Kristinanın DIFEM qəyyumluq orqanlarına qaytarıldığı barədə məlumat verib. O, həmçinin məhkəmə proseslərində iştirak etdiyini və yaxın vaxtlarda ona qarşı məişət zorakılığı ittihamının irəli sürülə biləcəyi iclasın keçiriləcəyini deyib.
Yerli qanunlara görə, Romanovanı 4 ilədək həbs cəzası gözləyə bilər. Ona Rusiyaya qayıtmaq tövsiyə olunsa da, Romanova qızını tək qoymamaq üçün ölkəni tərk etməməyə qərar verdiyini bildirib.
Ailə isə hesab edir ki, Kristina guya qızların sosial xidmətlərin müdafiəsinə müraciət etməyə inandırıldığı bir sxemin qurbanına çevrilib. Onların iddiasına görə, bundan sonra həmin qızların sonrakı taleyi naməlum qalır.

