ABŞ Prezidenti Donald Tramp ətrafındakı şəxslərdən ciddi geyim qaydalarına əməl etməyi gözləyir. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib.
Fox News-un məlumatına görə, Vens Trampın geyim məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ prezidenti özü demək olar ki, hər zaman tünd göy kostyum, qara ayaqqabı və birrəng qalstuk geyinir.
“Mən həmişə tünd göy kostyum, qara ayaqqabı və klassik yaxalıq geyinmişəm”, - deyə Vens bildirib.
Vitse-prezident Trampın xüsusilə qəhvəyi ayaqqabıları bəyənmədiyini də qeyd edib. Onun sözlərinə görə, Ağ Ev rəhbəri kabinet üzvlərindən kimsə qəhvəyi ayaqqabı geyinərsə, bununla bağlı zarafat edə bilər.

