“Ubisoft” şirkətinin həmtəsisçisi, “Assassin’s Creed”, “Far Cry” və “Prince of Persia” kimi məşhur kompüter oyunlarının yaradıcılarından biri olan Klod Giyemo Fransada həlak olub. Bu barədə “Ouest-France” qəzeti məlumat yayıb.
Məlumata görə, 69 yaşlı iş adamının ölümünə onun şəxsi Cessna 421 təyyarəsinin qəzaya uğraması səbəb olub. Hadisə Fransanın Renn şəhəri yaxınlığında baş verib.
Bildirilir ki, Giyemo bu həftəsonu La Baule uçuş klubunun toplantısında iştirak etməyi planlaşdırırmış.
Faciə nəticəsində daha bir nəfər — uçuş təlimatçısı da həyatını itirib.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə 29 ədəd xüsusi texnika cəlb olunub.

