ABŞ və Qətər İran üçün 6 milyard dollar məbləğində dondurulmuş aktivləri açmağa hazırlaşa bilər.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin vəsaitin humanitar məqsədlər üçün ayrılması Tehranın münaqişənin yekun həlli ilə bağlı razılaşmaya getməsi üçün stimul ola bilər.
“ABŞ Qətərlə birlikdə İranın humanitar xərclər üçün milyardlarla dollarlıq dondurulmuş aktivlərinə çıxışını açmaq planı üzərində işləyir”, - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, söhbət təxminən 6 milyard dollarlıq aktivlərdən gedir.

