26 
apr
2024
20:17
2 196

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Novxanının bu bağçasında növbəti iməclik aksiyası olub-FOTOLAR

26 apr, 2024
20:17
2 196

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Novxanının bu bağçasında növbəti iməclik aksiyası olub-FOTOLAR

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.Elə buna görə də respublikamızın hər bir guşəsində müxtəlif aksiyalar, abadlıq və iməclik işləri həyata keçirilir.

"Den.az" xəbər verir ki, növbəti iməclik aksiyası Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Novxanı kənd 28 nömrəli körpələr evi-uşaq bağçasında təşkil edilib.

Bağça kollektivi və fidan balalar bağçanın həyətyanı sahəsində təmizlik, abadlıq işləri həyata keçirib və bağçanın həyətində müxtəlif növ güllər əkilib.

Bağçanın müdiri Səfa İbrahimova bildirib ki, belə iməclik aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağalamlaşdırımasına, yaşıllıqların artırılmasına yönəltmək, ekoloji tarazlığı bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Şahnaz  Əliyeva
Den.az















Bizimlə əlaqə saxlayın

Çox oxunanlar