Şəhid İlqar Vəliyevin övladı Vəli Vəlizadə hərbi xidmətə yola salınıb.
Bu barədə Den.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində Vəli Vəlizadə üçün yola salma mərasimi təşkil edilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri , şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid ailə üzvləri və Vəli Vəlizadənin doğmaları iştirak ediblər.
Gənc əsgərə uğurlar arzulanıb.
Məlumat üçün bildirək ki, Vəli Vəlizadə şəhid İlqar Vəliyevin oğludur və Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvüdür.
Nizami Rəsulov
Den.az