Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü və Abşeron Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyilə xəstəxanada çalışan şəhid, qazi, veteran ailələri ilə görüş keçirilib.
Den.az xəbər verir ki, görüşdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın rəhbəri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, tibb müəssisəsin İnzibati məsələlər üzrə müavini Elvin Məmmədzadə, digər rəhbər şəxslər və xəstəxanada çalışan şəhid, qazi, veteran ailələri iştirak edib.
Baş tutan görüşdə Səkinə Sadıxova ərazi bütövlüyümüzün uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə, müharibə veteranlarına cansağlığı arzulayıb. O, çıxışında müqəddəs missiyanın qəhrəmanlarının ailələrinə, onları dünyaya gətirən analara, bir ömür gözü yolda qalan ömür-gün yoldaşlarına, həsrətlə böyüyən qızlarına Allahdan səbir diləyib və dərin minnətdarlığını bildirərək, hər zaman yanlarında olduğunu vurğulayıb.
Təbrik çıxışı edən Elvin Məmmədzadə bütün müsbət xüsusiyyətləri Azərbaycan qadınında cəmlənməsinin Allahın bir lütfü olduğunu, məhz bu səbəbdən də vətənəmizdə saysız qəhrəmanlar yetişdiyini bildirib. O, həmçinin xanımları bayram münasibəti ilə təbrik edərək hər zaman baş tacı olduğlarını ifadə edib.
Xatirə İsmayılova öz növbəsində bir şəhid ailəsi olaraq xüsusən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, eləcə də Səkinə Sadıxova tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə xüsusi diqqətin, qayğının göstərildiyini və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilmiş bu görüşün də bunun bir parçası olduğunu vurğulayıb, təşəkkürünü bildirib.
S. Sadıxova sonda tədbirdə iştirak edən xanımların timsalında hər bir Azərbaycan xanımını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, dünyanın bütün xoşbəxtliklərini onlar üçün arzulayıb.
Görüşün sonunda hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
#8Mart#BeynəlxalqQadınlarGünü#ARMX#TƏBİB
Bu dəfə həkimlər onları unutmadı...FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.