Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür.
Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsidir. Abşeron rayon rəhbərliyi tərəfindən də bu gün şəhid məzarları ziyarət edilir,ailələri diqqət mərkəzində saxlanılır.
Novruz bayramı günlərində hər kəsin evində olduğu bir vaxtda şəhidlərimizi unutmayan şəxsdir Abdin Fərzəliyev. Onunla, canını bu vətən torpaqları üçün fəda edən, gözlərini qırpamadan ölümə gedən şəhidlərimizin məzarları önündə rastlaşırıq. Hər məzar daşında onunla üz üzə dayanan şəhidlərin iç səsi ilə danışır sanki. Bir az kövrək və duyğusal. Vətən sevgisi ruhuna hopmuş Abdin Fərzəliyev demək olar ki, hər gün şəhidlərin məzarını ziyarət edir, ailələrinə baş çəkir. Sosial qayğıları ilə yaxından maraqlanır. İcra başçısı Noruz bayramı günü ilk olaraq Fəxri Xiyabanda olub...
Daha sonra Abdin Fərzəliyev Xırdalandakı şəhidlər xiyabanına gəlib. İş yerinə çoxda uzaq olmayan bu xiyabanı demək olar ki, hər gün ziyarət edir.
Abşeron rayon İcra Hakimiyyəti başçısı bayram günü Saray qəsəbə qəbiristanlığındakı şəhidlər xiyabanına gərək bu vətən üçün sinəsini sipər edən oğullarımızın məzarlarını ziyarət edib.
Xüsusiylə vurğulayaq ki, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Abşeronda şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur.
Den.az