28 
mar
2024
17:37
1 379

ŞƏHİD ANASI: "Bu Vətən bizimdir və bizim taleyimiz Vətənimizin taleyindən birbaşa aslıdır"-FOTO

28 mar, 2024
17:37
1 379

ŞƏHİD ANASI: "Bu Vətən bizimdir və bizim taleyimiz Vətənimizin taleyindən birbaşa aslıdır"-FOTO

Ermənilər türk millətinə qarşı nifrətlərini daim soyqrım aktları həyata keçirməklə, təcavüz və işgəncələrlə hər zaman sübut etmişlər. Ataların bir sözü var."Düşmən də mərd olsa yaxşıdır". Amma namərd mənfurlar uzun bir tarix boyu millətimizə qarşı yeritdikləri çirkin siyasətin dırnaqarası "qəhrəmanlarına" çevriliblər.

"Den.az" xəbər verir ki, bu sözləri Abşeron rayonundan olan Şəhid Elçin Həsənlinin anası Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova vurğulayıb.

Xocalıdan olan, 32 ildən sonra nəşi tapılan Şəhid Akif Mahmudovun dəfn mərasimində iştirak edən şəhid anası ailənin, millətimizin, şəhid ana və bacılarının, şəhid övladlarının nələr çəkdiyini dərin hüznlü sözlərlə ifadə edib:

Ailəyə dəstək olmaq üçün gələn, hələ də yol gözləyən gözüyaşlılar gördüm və həmin an dəhşət məni bürüdü. Düşündüm ki, mənim 8 gün dözə bilmədiyim ocağa, oda bu ailə düz 32 il dözüb. Düşünürəm ki, insan bəzən ölümün də yolunu gözləyərmiş.Elçinin nəşinin neytralda qaldığı 8 günün acısı hələ də mənim nəfəsimi kəsir. "Biz onu axtaranda, yolunu gözləyəndə dayım xarici xəbərlərdə bir yaralı döyüşçünün əsir götürüldüyünü və Elçinin ola bilmə ehtimalını dedi.Dayıma çox qəzəbli- "Yox, Elçin ola bilməz" deyə hirslənmişdim.Əslində oğlumun əsir düşməyinin mənim üçün ölümdən ağır olacağını bilirdim.Hərbiçi qardaşımın isə Elçini yola salanda-"Dayın qurban çalış əsir düşmə, son gülləni özünə saxla"-cümləsini də qapı arxasından eşitməyim bir az da olsa məni sakitləşdirirdi.Yox Elçin əsir düşməməlidir, belə düşmənə əsir düşməkdənsə ölüm bir qurtuluş olar deyə düşünmüşdüm.Kürəyimin arasında qalanan ocağın atəşini söndürmək üçün kürəyimi soyuq divara söykəyirdim.O vaxta qədər ki, Elçinin şəhid olma xəbərini eşitdim.O xəbərdən sonra kürəyimdəki atəş səngiyərək sanki ürəyimə keçid aldı. Amma o atəş daha dəhşətli və dözülməz idi.O oda dözmək mümkün deyildi, sanki yanıb külə dönəcəkdim"- deyə şəhid anası ürək ağrısı ilə qeyd edib.

"Bu Vətən bizimdir və bizim taleyimiz Vətənimizin taleyindən birbaşa aslıdır"-deyə şəhid anası fikrini tamamlayıb.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar