mar
2024
18:12
228

Abşeronda şəhid ailələrinin xanım üzvləri 8 Mart münasibətilə təbrik edilib-VİDEO

7 mar, 2024
18:12
228

Abşeronda şəhid ailələrinin xanım üzvləri 8 Mart münasibətilə təbrik edilib-VİDEO

Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qız övladları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib.

"Den.az" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə RİH-in başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və Abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirib ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində qadınlarımızın böyük əməyi var. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən müharibəsində düşmənə ağır zərbə vurdu və xalqımız şanlı zəfər qazandı. 

Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, rayon Ağsaqqallar şurasının sədri , şəhid atası Nizami Zalov , Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıblar. 

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. 

Şəhid övladlarının analara həsr etdikləri hədiyyə isə gözlənilməz oldu. Tədbir zamanı duyğulu anlar yaşandı.

Sonda şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunub. 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar