Tampa qarşı sui-qəsddə şübhəli bilinən şəxs Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyib.
Den.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Onun “Facebook”dakı bəzi paylaşımları və bir videomüsahibəsi göstərir ki, Ryan Routh adlı şəxs Rusiyaya qarşı döyüşmək üçün əcnəbi könüllüləri cəlb
edib və ya buna cəhd göstərib. Onun hətta Kiyevə getdiyi də bildirilib.
“Biz hələ də Ukraynanın Əfqanıstandan əsgər qəbul etməsinə nail olmağa çalışırıq və ümid edirik ki, yaxın aylarda müsbət cavablar alacağıq. Lütfən, səbirli olun”, – həmin şəxs hələ iyul ayında Facebook hesabında paylaşıb.
Ryan Routh sosial media hesablarında Çinə qarşı bioloji müharibədə və koronavirusun qəsdən yayılmasında ABŞ və Qərb dövlətlərini günahlandırıb. Onun paylaşımlarında Tayvana və Çinə qarşı dəstək ifadələri də var.
Saxlanılan şəxsin fikirləri və motivləri, adı və şəxsiyyəti ilə bağlı ABŞ-ın hüquq-mühafizə orqanlarından rəsmi məlumatlar hələ də üzə çıxmayıb.
Günəş Fərəh
Den.az
Trampı öldürmək istəyən şəxs Ukrayna tərəfdarı çıxdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.