İki qətlin və bir qətl cəhdinin təşkilində ittiham olunan iş adamı və milyarder İbrahim Süleymanovun vəziyyəti həbsxanada kəskin pisləşib. DenMedia.az xəbər verir ki, bu barədə onun vəkili Georgi Abşilava “İzvestiya”-ya məlumat verib. “Ürək artıq əsas qan dövranını təmin etmir, ağciyərlər və qaraciyər zədələnib, böyrək çatışmazlığı müşahidə olunur,” — deyə vəkil bildirib. Mənbələrə görə, Süleymanov əvvəlcə Moskvanın Kapotnya bölgəsindəki təcridxanada saxlanılırdı, lakin sonradan “Matroskaya Tişina”ya köçürülüb və orada həkim nəzarətindədir. Vəkillər onun səhhətinə görə ev dustaqlığına keçirilməsini tələb ediblər. Məhkəmə iclası 12 noyabrda baş tutacaq. Xatırladaq ki, Süleymanov 2004-cü ildə sifarişli qətldə iştirakda ittiham olunur. O, Federal Maliyyə Sağlamlaşdırma və Müflisləşmə Xidmətinin rəhbəri Georgi Talın öldürülməsini sifariş etməkdə şübhəli bilinir. Süleymanov ittihamları qəbul etmir və özünü təqsirkar saymır.
Milyarder İbrahim Süleymanovun ürəyi dayanmaq üzrədir
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

