ABŞ-ın dövlət katibi Marko Rubio ilə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Vaşinqtonun xarici siyasətinə təsir uğrunda rəqabət fonunda ciddi münaqişə yaranıb. Bu barədə NBC News məlumat yayıb.
Nəşrin yazdığına görə, Uitkoff faktiki olaraq Dövlət Departamentinin təşəbbüsünü ələ alıb və razılaşdırılmamış səfərlər həyata keçirir. Bildirilir ki, onun səfərləri çox vaxt Rubionun aparatına əvvəlcədən məlumat verilmədən təşkil olunur, bu isə protokol pozuntularına səbəb olur və müttəfiqlərlə münasibətlərdə qarışıqlıq yaradır.
Məqalədə vurğulanır ki, prezidentin etibarlı şəxsi tərəfindən aparılan bu cür “çelnik diplomatiyası” peşəkar diplomatlar arasında kəskin narazılıq doğurur.
NBC News-un iddiasına görə, Ağ Evdə “ikihakimiyyətlilik” vəziyyəti formalaşıb və bu durum Yaxın Şərq istiqamətində vahid siyasət xəttinin formalaşdırılmasına mane olur.

