ABŞ Birləşmiş Millətlər Təşkilatı çərçivəsində göstərilən humanitar yardımların maliyyələşdirilməsini 2 milyard dollara endirəcək. Bu məbləğ əvvəlki illərdə ölkənin verdiyi maksimal töhfədən təxminən doqquz dəfə azdır. Bu barədə Associated Press məlumat yayıb.
BMT-nin məlumatına görə, son illərdə ABŞ-ın humanitar proqramlara ayırdığı vəsait 17 milyard dollara qədər yüksəlib. Bununla belə, Vaşinqton bildirir ki, 2 milyard dollar hətta bu halda da ABŞ-a humanitar maliyyələşmədə ən böyük donor statusunu qorumağa imkan verəcək.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mike Waltz qeyd edib ki, maliyyənin azaldılmasının məqsədi yardım mexanizmlərini daha mərkəzləşdirilmiş və hədəfli hala gətirmək, daha az vəsaitlə daha səmərəli nəticələr əldə etməkdir.
Eyni zamanda Associated Press xəbərdarlıq edir ki, Vaşinqtonun bu qərarı qaçqınlara dəstək və ərzaq yardımı ilə məşğul olan bir sıra BMT qurumları üçün ciddi maliyyə böhranı yarada bilər. ABŞ Dövlət Departamenti isə bildirib ki, bu strukturlar ştatların ixtisarı, fəaliyyətin məhdudlaşdırılması və ya tam dayandırılması kimi addımlara uyğunlaşmalı olacaqlar.

