ABŞ noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Vaşinqton bu ehtimalla bağlı Fars körfəzi ölkələrini əvvəlcədən xəbərdar edib.
Bildirilir ki, Pentaqon mümkün təhlükələri nəzərə alaraq bəzi Yaxın Şərq bazalarından amerikalı hərbçiləri təxliyə edib.
Eyni zamanda, ABŞ ordusu regionda sursat ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr isə mümkün hücumlara hazırlanır.
Prezident Donald Tramp hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar verməyib. Lakin qəzetin məlumatına əsasən, o, seçkilərdən sonra genişmiqyaslı hücumun keçirilməsinə daha çox meyillidir.
Mümkün zərbələrin hədəfləri arasında İranın infrastruktur obyektləri və nüvə müəssisələrinin də ola biləcəyi bildirilir.

