Avropalı siyasətçilərin təsiri nəticəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyinin Kiyevə dəstək istiqamətində dəyişdiyi bildirilir.
Bu barədə Bloomberg məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Ev rəhbərinin mövqeyində dəyişiklik Alyaskada keçirilən sammitdən sonra müşahidə olunub.
“Bu, Trampın 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra münaqişəyə verdiyi qiymətləndirmə ilə müqayisədə mühüm dəyişiklikdir”, — deyə materialda qeyd olunub.
Bloomberg-in məlumatına əsasən, Avropa liderlərinin diplomatik təmasları və siyasi təzyiqləri Tramp administrasiyasının Ukrayna məsələsinə yanaşmasına təsir göstərib.

