27 
sen
2023
12:38
692

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü qeyd olundu

27 sen, 2023
12:38
692

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü qeyd olundu

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 
27 sentyabr -  Anım Günü münasibətilə geniş tədbir keçirilib.Təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı şəhid anaları və ailə üzvləri, eləcədə Regional təhsil idarəsinin məsul əməkdaşları yaxından iştirak ediblər.


"Den.az" xəbər verir ki, tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndilib, şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Daha sonra çıxış edən məktəbin direktoru Gülnaz Kərimova Prezident İlham Əliyevin 27 Sentyabr Anım Günü ilə bağlı sərəncamın böyük əhəmiyyətindən danışıb. O, deyib ki, Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu igid oğulları böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirik, onlara Allahdan səbr diləyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Daha sonra çıxış edən şəhid ailələri Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaətindən, Azərbaycanın şanlı qələbəsindən danışıblar.

Onlar bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.











Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar