apr
2024
22:44
180

Paşinyanın Qərbdə keçirdiyi görüşlərin İLGİNC DETALLARI: Nikol nəyə nail olmaq istəyir?

3 apr, 2024
22:44
180

Paşinyanın Qərbdə keçirdiyi görüşlərin İLGİNC DETALLARI: Nikol nəyə nail olmaq istəyir?

Vaşinqton Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşün təhlükəsizlik və siyasi yox, iqtisadi gündəmlə bağlı olduğunu bəyan edib. Bu, görüşlə bağlı digər tərəflərin, xüsusilə rəsmi Bakının mövqeyinə cavab xarakteri daşıyır.

Mövzunu "Den.az"a şərh edən siyasi şərhçi Asif Nərimanlı “İqtisadi gündəm”in iki tərəfi olduğunu deyib: bu, həm diqqəti əsas hədəfdən yayındırmaq, həm də əsas hədəfə çatmaq məqsədi daşıyır.

Görüşün birbaşa Ermənistanın “ticarət əlaqələrini şaxələndirmək” məqsədi daşımadığı bəllidir.

Birincisi, görüş Paşinyan, Ursula von der Leyen və Blinken arasında keçirilir: məsələ sırf iqtisadiyyatla bağlı olsaydı, siyasətçilər yox, bu sahənin nümayəndələri müzakirə aparmalıydı;

İkincisi, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da “görüşün Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıdığını” açıqlamışdı;
Qərbin – ABŞ və Avropa İttifaqının əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın boşalan yerini doldurmaq və bölgədə möhkəmlənməkdir. Lakin Ermənistanın siyasi bə hərbi müstəvidə alternativi olsa da, iqtisadi müstəvidə Rusiyadan və onun nəzarətində olan bazarlardan asılıdır. Ermənistan iqtisadi alternativ tapmadığı müddətdə, təhlükəsizlik vektorunu – rus hərbçilərin ölkədən çıxarılması, KTMT-dən çıxmaq və s. – dəyişməkdə tərəddüd edir. Brüssel görüşünün “iqtisadi gündəmi” də Ermənistana belə bir alternativin yaradılmasına hesablanıb. Və iqtisadi dəstəyə paralel olaraq, siyasi və hərbi yardımlar da davam edəcək.

Qərb iqtisadi yardımı təmin edəcəyi təqdirdə, Ermənistan Rusiyaya qarşı indiyə qədər daha çox ritorik müstəvidə görünən addımlarını praktiki müstəvidə atmağa başlayacaq.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar