Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Mövzunu "Den.az"a şərh edən politoloq Turan Rzayev bildirib ki, bu insident gözlənilən idi: "Məsələ ondadır ki, son zamanlar şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunurdu. Rəsmi İrəvan bunun hərbi təlimlər məqsədi ilə həyata keçirildiyini iddia etsə də, şərti dövlət sərhədində hərbi insidentin baş verməsi gözlənilirdi. Ümumiyyətlə, hazırda Cənubi Qafqazdakı siyasi vəziyyət regionda marağı olan gücləri narahat edir. Belə ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi, habelə sərhədlərin delimitasiya prosesi uğurla davam edir. Etiraf etmək lazımdır ki, son insidentə baxmayaraq, sülh istiqamətində mühüm addımlar atılıb. Ən önəmlisi danışıqlar masasında 60-70%-i razılaşdırılan bir sülh sənədi var".
Politoloqun sözlərinə görə, rəsmi Bakının sülhdə maraqlı olması, maksimum konstruktiv mövqe sərgiləməsi və gərginlikdən yayınması başda Fransa olmaqla regionda maraqlı olan qüvvələri narahat edir: "Sülhün əldə edilməsi bu ölkələrin regiona müdaxilə, buranı təsirdə saxlamaq imkanlarını sıfırlayır. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, uğurlu iqtisadi layihələr həyata keçirməsi, daxili sabitliyin olması Bakıya təzyiq imkanlarını azaldır. Belə olan təqdirdə zəif iradəli və kövrək hakimiyyətə malik Ermənistan üzərindən regionda sabitliyi pozmağa çalışırlar. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü də buna hesablanıb. Görüşün keçirilməsinə 3 gün qalıb və Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu bir daha onu deməyə əsas verir ki, Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşü fərqli motivdə təqdim edilsə də, reallıqda hərbi pakt imzalanacaq. Bu paktın imzalanmasını arqumentləşdirmək üçün isə hazırda regionda gərginlik atmosferi yaradılır".
Turan Rzayev bildirib ki, proseslər geniş mənada Qərb ilə ABŞ arasında Cənubi Qafqazda nüfuz mübarizəsi olsa da, əslində mübarizə Azərbaycan və Ermənistan üzərindən aparılır: "Qərb faktiki olaraq Ermənistanı öz tərəfində, Azərbaycanı isə Rusiyanın yanında göstərməyə çalışır. Görünür, Qərb bu təəssüratı yaradıb Bakıya təzyiq istəklərinə nail olmaq istəyir. Rəsmi Bakının mövqeyi açıqdır: biz Qərb-Rusiya qarşıdurmasının tərəfi deyilik. Azərbaycan üçün prioritet məsələ sülh müqaviləsinin imzalanması, delimitasiya prosesinin davam etməsidir. Bununla belə, Ermənistan tərəfinin atəşkəsi pozma cəhdləri davam edərsə, rəsmi Bakı adekvat cavab verəcək. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və de-fakto müharibə vəziyyəti davam edir".
Günəş Fərəh
Den.az
Sərhəddəki eməni təxribatı ilə bağlı İLGİNC AÇIQLAMA: Nə baş verir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.