"The Sun" qəzetinin verdiyi məlumata görə, ötən həftə amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə əlaqədar polis tərəfindən saxlanılıb dindirilən Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor son hobbilərindən birini itirib: ona at sürmək qadağan edilib.
Nəşrin yazdığına görə, ötən həftə amerikalı maliyyəçi Jeffrey Epsteinlə əlaqələrə dair iş üzrə saxlanılıb dindirilən Endryuya indi at sürmək qadağan edilib. Qəzetin mənbəsi bildirib ki, bu qərar kral ailəsinin məsləhətçilərinin tövsiyəsi ilə verilib və məqsəd mənfi ictimai imicin daha da dərinləşməsinin qarşısını almaqdır.
Bildirilir ki, hazırda Şərqi İngiltərədə yerləşən Sandrinqem malikanəsində yaşayan Endryunun at üstündə gülümsəyən görüntülərinin yayılması arzuolunmaz sayılır. Ərazi son günlər fotomüxbirlər tərəfindən daim izlənilir.
Tabloid xatırladır ki, şahzadə daha əvvəl ovçuluq imkanlarını da itirib – o, silah lisenziyasından könüllü imtina edib. 66 yaşlı keçmiş şahzadə fevral ayında Vindzor qalasının ərazisində yerləşən Royal Lodge iqamətgahından köçərək Sandrinqemdəki Wood Farm kottecinə yerləşib.
Hazırda onun günlərini iki korgi iti (mərhum kraliça Elizabet II-ə məxsus olub) və beş norfolk teryeri ilə keçirdiyi bildirilir.

