The Wall Street Journal nəşrinin polisə istinadən yaydığı məlumata görə, Kral III Çarlzın qardaşı, şahzadə Endryunun saxlanılması qalmaqallı maliyyəçi Ceffri Epşteyn işi ilə deyil, məxfi hökumət sənədlərinin sızdırılması ilə bağlıdır.
Hüquq-mühafizə orqanları Endryunun 2001–2011-ci illərdə Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsində çalışarkən Epşteynə məxfi məlumatlar ötürüb-ötürmədiyini araşdırır.
Qəzet yazır ki, şahzadə diplomatik fəaliyyətini şəxsi maraqları ilə qarışdırıb. Məsələn, 2010-cu ilin sonunda Asiyaya səfərindən sonra o, Vyetnam, Sinqapur, Honq-Konq və Çinin bir sıra şəhərlərinə dair hökumət köməkçisindən aldığı qapalı hesabatları Epşteynə göndərib.

