Ukrayna məsələsi ABŞ prezidenti Donald Tramp administrasiyası üçün ikinci plana keçib. Politico nəşrinə Ağ Ev rəsmilərindən biri bildirib ki, Ukraynadakı münaqişənin sonuncu dəfə nə vaxt ciddi müzakirə edildiyini artıq heç kim xatırlamır. İndi əsas diqqət İrana yönəlib.
Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner, hansı ki, əvvəllər Ukrayna münaqişəsinin tənzimlənməsi ilə məşğul olurdular, demək olar ki, tam şəkildə İran məsələsinə keçiblər.
Nəşrin həmsöhbəti qeyd edib ki, İran şübhəsiz əsas diqqət mərkəzinə çevrilib.
Avropalı bir rəsmi də təsdiqləyib ki, Ukrayna üzrə vəziyyət dalana dirənib və yeni impuls tələb olunur.

