ABŞ və İran gələn həftənin sonunda razılaşma əldə edə bilər.
Bu barədə Axios ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, razılaşmanın baş tutacağı gözlənilir və Vaşinqton prezidentin tələb etdiyi nəticəni almaq üçün gözləməyə hazırdır.
“Razılaşma olacaq. Biz hələ bunun qaçılmaz olduğunu görəcəyik. Prezidentin istədiyini əldə etməsi üçün gözləməyə hazırıq. Bəlkə bir həftə. Bəlkə daha az. Bəlkə daha çox. Ümid edirik ki, həftənin sonunda hansısa nəticə olacaq”, deyə nəşrin həmsöhbəti bildirib.

