Rusiya Ermənistanın Avropa İttifaqına gedən yolunu maliyyələşdirmək niyyətində deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova PMEF çərçivəsində bildirib.
Zaxarova vurğulayıb ki, İrəvan xarici siyasət kursu ilə bağlı seçim etməli olacaq. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında “iki stulda oturmaq” mümkün deyil.
“Biz Avropa İttifaqına gedən yolu maliyyələşdirmək fikrində deyilik. Bu birlik həm ölkəmizə, həm də dünyanın digər ölkələrinə qarşı açıq şəkildə düşmən xətt yürüdür və Kiyev terrorçularını dəstəkləyir. Sadəcə dəstəkləmir, həm də maliyyələşdirir”, deyə Zaxarova bildirib.

