Avropa İttifaqı ölkələrinə, o cümlədən daxildən də, Rusiya enerji resurslarından imtina etmələri üçün təzyiq göstərilir.
DenMedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində RİA Novosti-yə açıqlamasında bildirib.
“Avropa İttifaqı ölkələrinə nəhəng təzyiq göstərilir – həm xaricdən, həm də Brüsseldəki strukturlarda fəaliyyət göstərən ‘gizli nümayəndələr’ vasitəsilə. Onlar yalnız xarici qüvvələrin maraqlarına deyil, birbaşa Aİ vətəndaşlarının maraqlarına zidd şəkildə hərəkət edirlər,” – deyə diplomat vurğulayıb.
Zaxarovanın sözlərinə görə, bu “gizli nümayəndələrin” məqsədi Qərbi Avropanı tam şəkildə Qərb dünyasının, xüsusilə anglosaksonların nəzarəti altına salmaqdır.
O əlavə edib ki, Avropanın suverenliyi enerji müstəqilliyi ilə də bağlıdır, və bu müstəqilliyi təmin edən yanacaq mənbəyini hər zaman Rusiya Federasiyası təmin ed