Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq və itkiləri hətta ortamüddətli perspektivdə alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq.
Den.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Ermənistan tərəfinin rəsmi statistikasına görə, 2015-ci ildən Ermənistandan ixrac əsasən Rusiya istiqaməti hesabına 10 dəfə artıb. Həm də bunlar pay deyil, humanitar yardım deyil, erməni istehsalçılarının vicdanla qazandıqları pullardır”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək, bütün bunlar ÜDM-in artım tempinin kəskin aşağı düşməsinə səbəb
olacaq:
“Hesab edirəm ki, bu, sadəcə olaraq, bu gün qazanc və gəlirə deyil, inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistanın əhalisindən danışsaq, bu, sadəcə olaraq, tam yoxsullaşmaya gətirib çıxara bilər”.
Günəş Fərəh
Den.az
Ermənistan Aİİ-dən çıxsa, nə baş verəcək? - Zaxarova açıqladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.