Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, döyüşlərin hazırkı təmas xətti üzrə dondurulması Ukraynada sülhə aparan ən sürətli yol ola bilər. O, bu barədə Sky News telekanalına müsahibəsində bildirib.
Hazırkı təmas xəttində atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski deyib:
“Bəli. Bu, ən sürətli yoldur”.
Bununla belə, Ukrayna Prezidenti vurğulayıb ki, belə bir ssenari Rusiyanın nəzarətində olan ərazilərin tanınması və ya Moskvaya verilməsi anlamına gəlmir. Onun sözlərinə görə, bu cür dondurma insanların həyatını xilas etməyə, hərbçiləri cəbhə xəttindən geri qaytarmağa və münaqişəni diplomatik müstəviyə keçirməyə imkan verə bilər.

