ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı üzərində patrul xidməti aparan ABŞ-a məxsus “Apache” helikopterini vurduğunu açıqlayıb. Bu barədə xarici KİV məlumat yayıb.
Bundan sonra İranın xarici işlər naziri Abbas Araqçi bölgədəki xarici hərbi qüvvələrlə bağlı açıqlama verib.
Araqçi bildirib ki, region yaxınlığında yerləşən xarici qüvvələr insani səhvlər, sadə qəzalar və ya mümkün qarşıdurma mühitində qalmaq riski səbəbindən daim təhlükə altındadır.
Onun sözlərinə görə, bu riskləri azaltmağın ən uyğun yolu xarici qüvvələrin “düşmən varlığa heç vaxt qonaqpərvər olmayan” bu mühitdən ən qısa zamanda çıxmasıdır.

