ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatın genişləndirilməsi imkanını nəzərdən keçirdiyi bildirilir.
Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Trampa daha geniş hərbi seçimlər təqdim etmək üçün Yaxın Şərqə əlavə qoşun, tibb personalı və silah-sursat göndərir.
Məlumata əsasən, son bir həftə ərzində ABŞ bölgəyə xüsusi təyinatlı qüvvələr yerləşdirib, həmçinin Yaxın Şərqdəki hərbi bazalarına əlavə qırıcı təyyarə eskadrilyaları göndərib.
Hələlik Ağ Ev və ABŞ administrasiyası hərbi əməliyyatın genişləndirilməsi ilə bağlı rəsmi qərar açıqlamayıb.

