ABŞ administrasiyası Yaxın Şərq regionuna əlavə minlərlə hərbçinin göndərilməsi variantını nəzərdən keçirir.
Bu barədə Reuters-in jurnalisti İdris Əli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton regionda hərbi mövcudluğu gücləndirmək planını müzakirə edir.
Eyni zamanda bildirilir ki, ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti addımlarını hələ dəyərləndirir.
Qərarın yaxın günlərdə qəbul oluna biləcəyi ehtimal edilir.

