İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab dairəsində məktəbə endirilən zərbənin nəticələrini əks etdirən görüntülər yayılıb.
TASS-ın dərc etdiyi kadrlarda təhsil müəssisəsinin böyük hissəsinin dağıldığı görünür. Hadisə yerində toplaşan sakinlərin fəryad səsləri eşidilir.
İlkin məlumatlara görə, hücum nəticəsində 40 nəfərin həlak olduğu bildirilmişdi. Daha sonra yayılan xəbərlərdə isə həyatını itirən məktəbli qızların sayının 24-ə yüksəldiyi qeyd olunub. Onların ibtidai sinif şagirdləri olduğu bildirilir.
Faciə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

