Venesuelanın paytaxtı Karakasda atəş səsləri eşidilir. Bloomberg agentliyinin şahidlərə istinadən verdiyi məlumata görə, silah səsləri təkcə paytaxtda deyil, İgerote və La-Quayra kimi yaxın yaşayış məntəqələrində də qeydə alınıb.
Şahidlər Karakasın bir neçə rayonunda, eləcə də paytaxta yaxın İgerote və La-Quayra şəhərlərində atəş səslərinin eşidildiyini bildiriblər.
CNN-in məlumatına görə, 3 yanvara keçən gecə Karakasda partlayışlar baş verib. İlkin qiymətləndirməyə əsasən, partlayışlar hərbi obyektlərin — Fort Tiuna bazasının və Generalissimo Fransisko de Miranda adına aviabazanın ərazisində qeydə alınıb.
Vaşinqton Karakasa endirilən zərbələrdə ABŞ-ın iştirakı ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, ABŞ Silahlı Qüvvələrinin sözçüsü paytaxtda partlayışların baş verdiyini təsdiqləyib.
Şahidlərin sözlərinə görə, Karakas səmasında bir neçə helikopter müşahidə olunub; onların ABŞ ordusuna məxsus olduğu ehtimal edilir. Sosial şəbəkələrdə şəhər sakinləri tərəfindən çəkilmiş görüntülər də yayılıb.
CBS jurnalisti Jennifer Jacobsun iddiasına görə, ABŞ Prezidenti Donald Tramp Venesuelaya zərbə endirilməsi barədə göstəriş verib və hücumlar ölkədəki hərbi obyektləri hədəf alıb.

