ABŞ Hərbi Dəniz Qüvvələri dəniz blokadası tətbiq edildikdən bəri İranla əlaqəli 127 ticarət gəmisini saxlayaraq istiqamətini dəyişdirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, 4 iyun tarixinədək ABŞ Silahlı Qüvvələri 127 kommersiya gəmisini yönləndirib, qaydalara əməl etməyən 6 gəmini sıradan çıxarıb, humanitar yardım daşıyan 36 gəminin isə keçidinə icazə verib.
“4 iyun tarixinə olan məlumata görə, ABŞ Silahlı Qüvvələri 127 kommersiya gəmisini başqa istiqamətə yönləndirib, qaydalara əməl etməyən 6 gəmini sıradan çıxarıb və humanitar yardım göstərən 36 gəmini buraxıb”, deyə məlumatda bildirilib.
CENTCOM-un bəyanatında qeyd olunur ki, ABŞ-ın İrana qarşı davam edən dəniz blokadasının təmin edilməsinə dənizdə, havada və quruda minlərlə amerikalı hərbçi cəlb olunub.
Komandanlıqdan bildirilib ki, blokada İran limanlarına və sahilyanı ərazilərinə gedən və ya oradan çıxan bütün ölkələrə məxsus gəmilərə şamil olunur. Bura İranın Fars körfəzi və Oman körfəzindəki bütün limanları daxildir.

