İran yaxınlığında ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşması 20-dən çox döyüş gəmisindən ibarətdir.
Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.
Xüsusilə Ərəb dənizi bölgəsində iki aviadaşıyıcı — “USS Abraham Lincoln” və “USS George H. W. Bush”, göyərtəsində dəniz piyadaları olan üç böyük desant gəmisi, 13 raket esminesi, iki sahilyanı döyüş gəmisi və bir neçə mina təmizləyən gəmi döyüş növbətçiliyindədir. Bundan əlavə, Qırmızı dənizdə daha bir raket esminesi hərəkət edir.
Gəmilər Omand körfəzində İranla əlaqəli, İran limanlarına daxil olan və ya bu limanlardan çıxan ticarət gəmilərinin blokadaya alınması üzrə ABŞ əməliyyatında iştirak edir.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının, yəni CENTCOM-un məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri blokadanın başlanmasından indiyədək İranla əlaqəli 62 ticarət gəmisini saxlayıb. Bu gəmilər İran limanlarına istiqamətlənib və ya həmin limanlardan çıxıb.

