ABŞ dəniz piyadaları Oman körfəzində İran neft tankeri M/T Celestial Sea gəmisinə qalxaraq yoxlama aparıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, 31-ci ekspedisiya bölməsinə məxsus amerikalı dəniz piyadaları gəmini ABŞ blokadasını yarmaq cəhdində şübhəli bildikləri üçün yoxlayıblar.
Yoxlamadan sonra hərbçilər gəmini tərk edib və ekipaja kursu dəyişmək göstərişi veriblər.
ABŞ hərbçiləri bildiriblər ki, blokadaya əməl olunmasına nəzarət davam etdirilir.
ABŞ Silahlı Qüvvələri blokadaya tam şəkildə riayət olunmasını təmin etməyə davam edir və indiyədək bu tələblərin yerinə yetirilməsi üçün 91 kommersiya gəmisinin istiqamətini dəyişib,— deyə məlumatda qeyd olunub.

