ABŞ-ın Massaçusets ştatında üç azyaşlı övladının ölümündə ittiham olunan Lindsi Klensi ilə bağlı məhkəmə sənədlərində yeni detallar açıqlanıb.
New York Post qəzetinin məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, prokurorluq qadının cinayəti əvvəlcədən planlaşdırılmış şəkildə və xüsusi amansızlıqla törətdiyini iddia edir. Müdafiə tərəfi isə Klensinin hadisə zamanı ağır doğuşsonrası psixoz vəziyyətində olduğunu bildirir.
Hadisə 2023-cü il yanvarın 24-də Massaçusets ştatının Daksberi şəhərində ailənin evində baş verib. Məlumata görə, qadının həyat yoldaşı Patrik Klensi evə qayıtdıqdan sonra uşaqları zirzəmidə ölü vəziyyətdə tapıb və dərhal 911 xidmətinə zəng edib.
Hadisə yerinə gələn polis əməkdaşlarına ilkin məlumatı verən ata üç uşağın ölümündə həyat yoldaşının əli olduğunu bildirib.
İş üzrə araşdırma davam edir. Prokurorluq hadisənin qəsdən törədildiyini irəli sürsə də, müdafiə tərəfi qadının psixi vəziyyətinin əsas faktor kimi nəzərə alınmasını tələb edir.

