Çexiyanın Kinşperk-nad-Oqrji şəhərində 35 yaşlı qadın yeni doğulan körpəsini öldürməkdə ittiham olunur.
Bu barədə yerli Krimi-Plzen nəşri məlumat yayıb.
Məlumata görə, hadisə qadının ailə üzvlərindən birinin həyətdə şübhəli izlər aşkarlamasından sonra üzə çıxıb. Hüquq-mühafizə orqanları körpənin ölüm şəraitini araşdırır.
Polis qadını xüsusi amansızlıqla qətl maddəsi üzrə ittiham edərək həbs edib. Qonşular qadının hamiləliyin son dövründə olduğunu, daha sonra isə bunun qəfil gizlədildiyini bildiriblər.
İttiham sübuta yetirilərsə, qadını 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər.
Araşdırma davam edir.

