Böyük Britaniyada maskalı şəxslərdən ibarət qrupların miqrantların yaşadığı ünvanları hədəfə aldığı bildirilir.
The Guardian nəşrinin məlumatına görə, hadisələr Belfastda baş verib. Məlumata əsasən, qara geyimli yüzlərlə şəxs əcnəbilərin yaşadığı iddia edilən ünvanlar üzrə hərəkət edərək onlarla ev və avtomobili yandırıb.
Siyahıdakı ünvanların haradan əldə edildiyi, həmin mənzillərdə cinayətkarların və ya qeyri-qanuni miqrantların yaşayıb-yaşamadığı isə hələlik məlum deyil.

Nəşr yazır ki, hadisələr nəticəsində etnik azlıqlara mənsub ailələr evlərini tərk etməyə məcbur qalıb, bir sıra obyektlər isə qarət edilərək yandırılıb.
Bildirilib ki, iğtişaşlar nəticəsində evləri yandırılan 27 nəfər küçədə qalıb.
Hadisələrlə bağlı araşdırmanın davam etdiyi qeyd olunur.

