Kanada sakini dünyanın müxtəlif ölkələrində yüzlərlə insana təhlükəli bağlamalar göndərdiyini etiraf edib. Bu barədə The Guardian məlumat yayıb.
İstintaqın versiyasına görə, keçmiş aşpaz ölümcül bağlamaları 41 ölkəyə göndərib.
Məlumata görə, həmin bağlamalarla əlaqəli qurbanların sayı 100-dən çoxdur. Böyük Britaniyada bu hadisələr nəticəsində 79 nəfərin, Kanadanın Ontario əyalətində isə 14 nəfərin öldüyü bildirilir. Ontario üzrə ölənlər arasında ən gənc şəxsin 26 yaşı olub.
Şübhəlinin izlənmədən yayınmağa çalışdığı və fəaliyyətini topdansatış məhsul biznesi kimi gizlətdiyi qeyd olunur.
Hazırda iş üzrə araşdırma davam edir.

