HonqKonqun Wang Fuk Court yaşayış kompleksində baş verən və son 17 ilin ən güclü yanğını kimi qiymətləndirilən fəlakət iki mindən çox sakini evsiz qoyub. Bu məlumatı SCMP yayıb.
“Ötən həftə HonqKonqda baş verən ən ölümcül yanğın nəticəsində evsiz qalan 2 mindən çox insan müvəqqəti sığınacaqlara və otellərə yerləşdirilib,” — deyə nəşr bildirir.
Hadisədən sonra bəzi sakinlər yanğının baş verdiyi əraziyə yaxın qalmaq üçün dostlarının və qohumlarının evlərinə üz tutublar.
26 noyabrda HonqKonqun Tai Po rayonunda yerləşən yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada alovlanma qeydə alınıb. Kompleksdə təxminən 4 min nəfər yaşayırdı. Yanğına ən yüksək təhlükə səviyyəsi verilib və xilasedicilər sakinlərin böyük hissəsini təxliyə etməyi bacarıblar.

